Merkel AŞPA-nın yaz sessiyasında iştirak edəcək

Merkel AŞPA-nın yaz sessiyasında iştirak edəcək Gündəlikdə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə dair baxışının müzakirəsi də yer alır
Xarici siyasət
1 Aprel , 2021 19:08
Merkel AŞPA-nın yaz sessiyasında iştirak edəcək

Almaniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə kansler Angela Merkel və avropa işləri üzrə dövlət naziri Mixael Rot 19-22 aprel tarixlərində hibrid formatda keçiriləcək AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər.

“Report” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

Qeyd olunub ki, Avropa Parlamentinin sədri David Sassoli, Moldova Respublikasının prezidenti Maya Sandu və təşkilatın baş katibi Mariya Peyçinoviç Buriç də AŞPA-da çıxış edəcəklər.

Gündəlikdə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə dair baxışının müzakirəsi də yer alır.

Son xəbərlər

Orphus sistemi