Yuxarı

Merin müavini: "Qəbələ rayon icra hakimiyyətinin başçısının Yokneama səfəri noyabra planlaşdırılır"

Səfər çərçivəsində Yokneam və Qəbələ arasında qardaşlaşma barədə saziş imzalanacaq

Bakı - Yokneam. 28 sentyabr. REPORT.AZ/ Noyabr ayının 6-da Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti qardaşlaşma barədə saziş imzalamaq üçün İsrailin Yokneam şəhərinə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Yokneam şəhərinin merinin müavini Roman Peres məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinin səfəri sentyabrın ortalarında baş tutmalı idi, amma sentyabrın 26-da Azərbaycan keçililmiş referenduma hazırlıq səbəbiylə səfər təxirə salınıb: "Biz də qardaşlaşma barədə sazişi imzalamaq üçün Qəbələyə gələcəyik. Səfər çox güman, yazda olacaq".

Mer müavini Qəbələ və Yokneamın turizm şəhəri olduğunu, bu səbəbdən də bu sahədə informasiya mübadiləsi aparmağın mümkünlüyünü qeyd edib.

R.Peres, həmçinin şəhərdə Azərbaycanla bağlı bir sıra tədbirlərin keçirildiyini bildirib. O, eyni zamanda vurğulayıb ki, Yokneamda kifayət qədər fəal olan 250-300 azərbaycanlı yaşayır: "Buna bariz nümunə kimi, özümü göstərə bilərəm. Azərbaycanda dünyaya gəlmişəm, indi isə merin müavini işləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi