Mərakeşin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır

Mərakeşin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır O, müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin duayenidir
Xarici siyasət
18 Avqust , 2016 09:32
Mərakeşin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır

Bakı. 18 avqust. REPORT.AZ/ Mərakeşin Azərbaycandakı səfiri Həsən Haminin diplomatik missiyasının müddəti başa çatır.

"Report"un məlumatına görə, səfir Azərbaycanı bu ilin payızında tərk edəcək.

Mərakeş tərəfi artıq ölkənin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbərinin namizədliyini təqdim edib, onun adı qısa zamanda açıqlanacaq.

Qeyd edək ki, H.Hami 2009-cu ilin aprel ayından Bakıda çalışır. O, müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin duayenidir.

Son xəbərlər

Orphus sistemi