Mərakeş XİN başçısı Azərbaycana səfər edəcək

Mərakeş XİN başçısı Azərbaycana səfər edəcək Bakıda Azərbaycan-Mərakeş Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək
Xarici siyasət
31 İyul , 2017 21:09
Mərakeş XİN başçısı Azərbaycana səfər edəcək

Bakı. 31 iyul. REPORT.AZ/ "Mərakeş Azərbaycanın ərazi bütövlüyünü, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir".

“Report”un məlumatına görə, buni jurnalistlərə açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.

Onun sözlərinə görə, Azərbaycanla Mərakeş beynəlxalq arenada müxtəlif məsələlərdə bir-birini dəstəkləyir: “Biz Azərbaycanla eyni vaxtda BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü idik. Bu, çox uğurlu olub. Şadam ki, Azərbaycan Sahara məsələsində Mərakeşi dəstəkləyir”.

Səfir Azərbaycanla Mərakeş arasında əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirib: “Hər iki ölkənin biznesmenləri əlaqələrin inkişafında maraqlıdır”.

Diplomat bir neçə aydan sonra Mərakeş xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və birgə hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi