Mərakeş səfiri: "Azərbaycan mənim ikinci vətənimdir"

Mərakeş səfiri: "Azərbaycan mənim ikinci vətənimdir" Məhəmməd Adil Embarş: "Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Xarici siyasət
29 Mart , 2018 10:36
Mərakeş səfiri: Azərbaycan mənim ikinci vətənimdir
Report

Bakı. 29 mart. REPORT.AZ/ "Mərakeş və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə dəstəkləyir."

"Report" xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş dünya çempionatında iştirak etmək üçün Rabat şəhərinə yola düşən Azərbaycan karateçiləri ilə görüşdə deyib.

"Mən bir il yarımdır Azərbaycanda işləyirəm və bu ölkəni ikinci vətənim hesab edirəm. Bu müddət ərzində həm siyasət, iqtisadiyyat sahələrində ikitərəfli münasibətlərin dərinləşməsi, həm də xalqlarımızın nümayəndələri arasında əlaqələrin qurulması üçün çalışmışam və bundan sonra da çalışacağam", - A.Embarş deyib.

Onun sözlərinə görə, İslam Oyunları kimi müxtəlif idman tədbirlərinin keçirilməsi vasitəsilə müxtəlif millətlərdən olan insanlar dostluq əlaqələri qura bilirlər.

Diplomat bildirib ki, Azərbaycanın rəhbərliyi idmanın inkişafına hərtərəfli yardım göstərir, müvafiq infrastruktur yaradır, gəncləri idmana cəlb edir.

O əlavə edib ki, hətta mərakeşlilər və azərbaycanlılar bir-birlərinə zahirən çox oxşayırlar.

"Mərakeş Azərbaycanın, Azərbaycan isə Mərakeşin ərazi bütövlüyünü dəstəkləyir, bu, bizi birləşdirir", - səfir diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi