Mərakeş səfiri: “Afrika ölkələri Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır”

Mərakeş səfiri: “Afrika ölkələri Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır” “Afrika ölkələri Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır”.
Xarici siyasət
26 may 2022 11:49
Mərakeş səfiri: “Afrika ölkələri Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır”
Adil Embarş

“Afrika ölkələri Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.

“Afrikanın müxtəlifliyini öyrənməyə, onu fərqli tərəflərdən tanımağa çağırırıq. Digər Afrika ölkələri kimi Mərakeş də Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır”, - səfir deyib.

Onun sözlərinə görə, bu əməkdaşlığın böyük potensialı var: “Biz bir-birimizlə işləyə, bir-birimizi daha yaxşı tanıya bilərik”.

Diplomat Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi