Yuxarı
    Bağlamaq

    ​Məmnun Hüseyn: "Azərbaycan Pakistanın ən yaxın dostudur"

    Pakistan dövlət başçısı ölkəsinin ən yaxın dostları sırasında Çin, Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib

    Bakı. 29 may. REPORT.AZ/ Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın Pakistanın ən yaxın dostlarından biri olduğunu söyləyib.

    "Report" Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Məmnun Hüseyn Pakistanın müstəqilliyi uğrunda mübarizə aparmış veteranlarla prezident sarayında görüşü zamanı bildirib.

    Azərbaycandan başqa, Pakistan dövlət başçısı ölkəsinin ən yaxın dostları sırasında Çin, Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi