​Məmmədyarov Azərbaycanın AİB-ə daxil ola biləcəyini istisna etməyib

​Məmmədyarov Azərbaycanın AİB-ə daxil ola biləcəyini istisna etməyib XİN rəhbəri: "Heç vaxt demə ki, heç vaxt"
Xarici siyasət
1 Oktyabr , 2015 07:24
​Məmmədyarov Azərbaycanın AİB-ə daxil ola biləcəyini istisna etməyib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olma mümkünlüyünü inkar etməyib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının sahələrində "Sputnik" agentliyinə bildirib.

"Heç vaxt demə ki, heç vaxt", - deyə XİN rəhbəri müvafiq suala cavab verib və qeyd edib ki, hazırda onun ölkəsi Avrasiya bloku dövlətləri ilə "çoxlu sayda ikitərəfli münasibətlərin qurulması" ilə məşğuldur.

Qazaxıstan prezidenti bundan əvvəl bəyan edib ki, Azərbaycan, İran, Hindistan və Monqolustan AİB ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir, Türkiyə isə birlik ilə ticarət sazişi bağlamaq istəyində olduğu bildirib.

Son xəbərlər

Orphus sistemi