Bakı. 10 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini noyabrın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ilə görüşüb.
Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, neft sahəsində ikitərəfli əlaqələrin inkişafı məqsədilə baş tutan görüşdə ölkələr arasındakı münasibətlərdən, milli mədəniyyətlərdə olan oxşarlıqlardan söz açılıb. Qeyd edilib ki, neft-qaz sahəsində təcrübə mübadiləsi həm onun inkişafına, həm də iki ölkənin rifahına xidmət edəcək.
Vitse-prezident E.Nəsirov şirkətin fəaliyyəti, xarici ölkələrdə reallaşdırdığı layihə və sərmayələr barədə məlumat verib. Eyni zamanda Azərbaycanda neft hasilatının tarixinə də toxunulub.
Tərəflər Meksika (Pemex) və Azərbaycanın (SOCAR) neft şirkətləri arasında mümkün əməkdaşlığa dair qarşılıqlı marağı ifadə edib.