Meksikanın məşhur sənətçisi: “Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim”

Meksikanın məşhur sənətçisi: “Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim” Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi Sonia Amelio Azərbaycan xalqını 18 oktyabr Müstəqilliyin Bərpası Günü və qarşıdan gələn 8 noyabr Zəfər Günü münasibəti ilə təb
Xarici siyasət
17 Oktyabr , 2021 06:53
Meksikanın məşhur sənətçisi: “Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim”
Sonia Amelio

Meksikanın dünyada ən çox tanınmış xoreoqraf və aktrisası, məşhur kastanyet ifaçısı, prima balerina, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramı ilə çıxış etmiş Sonia Amelio Müstəqilliyin Bərpasının 30 illiyi və Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik videomüraciəti ünvanlayıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, S.Amelio müraciətdə qeyd olunan əlamətdar tarixlərlə və Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərə bağlı xalqımıza səmimi təbriklərini çatdırıb.

Daha öncə iki dəfə Bakıda səhnəyə çıxmış məşhur meksikalı sənət ustası həmin konsertlər sayəsində Azərbaycana qarşı duyduğu dərin heyranlıq hissinin daha da artırdığını söyləyib.

Sonda xanım Amelio ölkəmizə olan sevgisini nümayiş etdirmək üçün bir daha Azərbaycana səfər etməyi və möhtəşəm və əfsanəvi Şuşa şəhərində çıxış etməyi ürəkdən arzuladığını deyib.

16.10.2021. 23:35

Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi Sonia Amelio Azərbaycan xalqını 18 oktyabr Müstəqilliyin Bərpası Günü və qarşıdan gələn 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.

“Report” Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbova istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

“Əfsanəvi və möhtəşəm Şuşa şəhərində çıxış etmək istərdim”, - deyə Sonia Amelio vurğulayıb.

Qeyd edək ki, Sonia Amelio daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış edib.

O, ötən ilin oktyabrında da o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Son xəbərlər

Orphus sistemi