Meksikanın Azərbaycandakı səfiri Lənkərana səfər edib

Meksikanın Azərbaycandakı səfiri Lənkərana səfər edib Xuan Rodrigo Labardini Flores Lənəkran Dövlət Dram Teatrına da baş çəkib
Xarici siyasət
6 İyun , 2017 18:42
Meksikanın Azərbaycandakı səfiri Lənkərana səfər edib

Lənkəran. 6 iyun. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Lənkəran rayonuna səfər edib. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, diplomat səfər çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. 

İcra başçısı səfirə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. 

Səfir Meksika-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razı qaldığını və bu əlaqələrin daha da möhkəmlənməsi arzusunda olduğunu diqqətə çatdırıb. O, əlaqələrin genişləndirilməsi məqsədilə Lənkəran şəhəri ilə Meksika şəhərlərlərindən birinin qardaşlaşması üçün çalışacağını söyləyib. 

Sonra Meksika səfiri Lənkəran Dövlət Universitetində olub, rektor Natiq İbrahimovla görüşərək təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması imkanlarını müzakirə edib. 

Eyni zamanda Xuan Rodrigo Labardini Flores Lənəkran Dövlət Dram Teatrına da baş çəkib, yaradıcı kollektivin fəaliyyəti ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi