Meksika və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı

Meksika və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrd
Xarici siyasət
26 Fevral , 2021 08:18
Meksika və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi əks olunub.

Bu şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırım haqda ətraflı məlumat əldə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi