Meksika səfiri Şəkidə olub

Meksika səfiri Şəkidə olub Rodriqo Labardini şəhəri gəzib
Xarici siyasət
21 Aprel , 2017 09:56
Meksika səfiri Şəkidə olub

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Meksikadakı səfiri Rodriqo Labardini Şəkiyə gedib.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, o, Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

İcra başçısı şəhərin tarixi barədə R.Labardiniyə məlumat verib. Qeyd olunub ki, Şəki Azərbaycanın ən vacib turizm mərkəzlərindən biridir.

R.Labardini səfirliyin fəaliyyəti və müxtəlif sahələrdə keçirilən tədbirlərdən danışıb. Həmçinin, bu il 25 illiyi qeyd edilən ikitərəfli diplomatik əlaqələrə də toxunub. Diplomat Meksika iqtisadiyyatının əsas istiqamətləri və milli mədəniyyətindən söz açıb.

Tərəflər ikitərəfli görüşün keçirilməsindən qarşılıqlı razılıq və münasibətlərin davamlı inkişafına dair arzularını ifadə ediblər.

Sonra Meksika səfiri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında olub. Burada o, teatrın binası, proqramı və fəaliyyəti ilə tanış olub. Diplomat iki ölkə arasında münasibətlərin gücləndirilməsində mədəni əlaqələrin vacib rolunu vurğulayıb.

Səfər əsnasında səfir R.Labardini şəhərin bəzi görməli yerləri ilə də tanış olub.

Son xəbərlər

Orphus sistemi