Yuxarı
    Bağlamaq

    ​Meksika səfiri Milli Məclisdə bir sıra görüşlər keçirib

    Görüşlərdə ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

    Bakı. 15 iyun. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə bir sıra görüşlər keçirib.

    Səfirlikdən “Report”a verilən məlumata görə, müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Gənclər və idman komitəsinin sədri Fuad Muradovla müzakirə keçirilib.

    Görüşlərdə millət vəkilləri rəhbərlik etdikləri komitələrin fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq üçün mümkün sahələrə toxunublar.

    İkitərəfli münasibətlərdan danışan səfir Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ilin fevral ayında qurulduğunu vurğulayıb. Qeyd olunub ki, müvafiq səfirliklərin açılması ikitərəfli əməkdaşlıqda dinamikanın yaranmasına səbəb olub.

    Bundan əlavə, iqtisadiyyat, ticarət, turizm, təhsil, idman daxil olmaqla çoxsaylı sahələrdə əməkdaşlığın inkişafı üçün möhkəm təməl olan parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyi və zəruriliyi qeyd olunub. Meksika səfiri ölkəsinin bir çox sahələrdə qazandığı təcrübədən danışıb və fürsətdən istifadə edərək həyata keçirilən son konstitusiya islahatları və bunun ümumi inkişaf prosesinə verdiyi müsbət təsir barədə məlumat verib.

    Görüşlərdə, həmçinin ikitərəfli əməkdaşlıq, çoxsaylı sektorlarda əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə dair istəklərini ifadə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi