Meksika səfiri Mərkəzi Seçki Komissiyasında olub

Meksika səfiri Mərkəzi Seçki Komissiyasında olub
Xarici siyasət
1 Fevral , 2018 17:13
Meksika səfiri Mərkəzi Seçki Komissiyasında olub

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriq Labardini Flores ilə görüşüb.

MSK-dan "Report"a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan M.Pənahov görüşdən məmnunluğunu bildirərək rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. MSK sədri bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir R.Labardini öz ölkəsindəki seçki prosesi haqqında ətraflı məlumat verərək Azərbaycanda keçirilən seçkilərlə maraqlanıb. Meksikalı diplomatın suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi haqqında danışıb. MSK sədri həmçinin diqqətə çatdırıb ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar MSK artıq seçki hazırlıqlarına başlayıb, ilkin mərhələdə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi gedir və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə bir sıra irimiqyaslı layihələr üzərində də iş aparılır.

Görüşdə həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.