​Meksika səfiri Gəncəyə səfər edib

​Meksika səfiri Gəncəyə səfər edib Rodriqo Labardini icra başçısı və ADAU prorektoru ilə görüşüb
Xarici siyasət
29 Aprel , 2016 22:08
​Meksika səfiri Gəncəyə səfər edib

Bakı. 29 aprel. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Gəncə şəhərinə səfər edib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfər çərçivəsində diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Görüşdə icra başçısı Gəncənin zəngin tarixindən, onun qədim dövrlərdən Qafqazda vacib rolundan bəhs edib, həmçinin şəhərdə həyata keçirilən son abadlıq və yenidənqurma işlərini diqqətə çatdırıb.

R.Labardini səfirliyin açılması tarixindən, onun ölkədə həyata keçirdiyi layihə və tədbirlərdən məlumat verib. Diplomat iqtisadiyyat, mədəniyyət, turizm və digər sahələr daxil olmaqla, bir çox sahələrdə Meksika ilə Azərbaycanın regionları arasında əməkdaşlığın vacibliyini qeyd edib. Vurğulanıb ki, Meksika dünyanın 14-cü iqtisadiyyatı və 10 ən çox ziyarət olunan ölkələrdən biri olaraq müvafiq sahələr üzrə Azərbaycanla öz təcrübəsi ilə bölüşə bilər.

Bundan əlavə, səfir Azərbaycan Dövlət Aqrar Universitetini səyarət edərək prorektor Anar Hətəmovla da görüşüb. Görüşdə qeyd olunub ki, təhsil və kənd təsərrüfatı hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün vacib sahələrdir.

Son xəbərlər

Orphus sistemi