Meksika səfiri "ASAN Xidmət"i ziyarət edib

Meksika səfiri "ASAN Xidmət"i ziyarət edib Bakı. 8 avqust. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar xidmətlərin göstərilməsi üçün Azərbaycan Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsinin müdiri Abdul Əliyevlə nüfuzlu qurumun binasında görüşüb.
Xarici siyasət
8 Avqust , 2018 01:08
Meksika səfiri ASAN Xidməti ziyarət edib

Bakı. 8 avqust. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar xidmətlərin göstərilməsi üçün Azərbaycan Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsinin müdiri Abdul Əliyevlə nüfuzlu qurumun binasında görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Meksika səfiri görüşə Meksika ilə Azərbaycanın daha da çox yaxınlaşdığını vurğulayıb. Səfir tərəflər iki ölkə arasında anlaşmanı təşviq körpülər qurmaq məqsədilə Meksika Dövlət Xidmətləri Nazirliyi (SFP) və ASAN Xidmət arasındakı anlaşma memorandumunun son imzalanması istiqamətində aparılan danışıqları canlandırmaq lazım olduğunu diqqətə çatdırıb. 

Diplomat son illərdə ikitərəfli əlaqələrin gücləndiyini deyib və Azərbaycan Statistika Komitəsinin məlumatına görə, 2015-2017-ci illərdə ikitərəfli turizmin dörd dəfə və qarşılıqlı ticarətin 2014-cü ildə 7,2 milyon dollardan 2017-ci ildə 20 milyon dollara qədər artdığını bildirib.

Son xəbərlər

Orphus sistemi