Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidentinə məktub göndərib

Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidentinə məktub göndərib Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
28 Dekabr , 2020 12:42
Məhəmməd Əşrəf Qani Azərbaycan Prezidentinə məktub göndərib
Məhəmməd Əşrəf Qani və İlham Əliyev
0 : 00
0 : 00

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri cənab Prezident.

Sizə doğum gününüz münasibətilə səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram. Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.

Azərbaycanın regionun sabitliyinə ən böyük təhdidlərdən birini uğurla geridə qoyduğu bu dönəmdə biz ikitərəfli və çoxtərəfli əməkdaşlığa nail olmaq və tərəqqi əldə etmək üçün Sizinlə işləməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi