Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Fəxri xiyabana gələrək müasir müstəqil dövlət memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. “Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Bundan sonra Dmitri Medvedev 8-də Şəhidlər xiyabanını ziyarət edib. Dmitri Medvedev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Rusiya Hökumətinin Sədrinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.




