Mədət Quliyev Sankt-Peterburqda xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsində iştirak edib

Mədət Quliyev Sankt-Peterburqda xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsində iştirak edib DTX rəisi nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib
Xarici siyasət
28 İyul , 2016 14:09
Mədət Quliyev Sankt-Peterburqda xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsində iştirak edib

Bakı. 28 iyul. REPORT.AZ/ İyulun 27-28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları rəhbərlərinin 15-ci müşavirəsi keçirilib. Müşavirənin işində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Bu barədə “Report”a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilən və 61 ölkədən 300-dən artıq nümayəndənin qatıldığı tədbirdə BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının aidiyyəti strukturlarının məsul vəzifəli şəxsləri də təmsil olunublar.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev Müşavirədə “Təhlükəsizlik orqanlarının terrorçuluğa və terrorçulara qarşı mübarizədə əməkdaşlıq məsələlərinə dair” mövzusunda çıxış edib.

General-leytenant Mədət Quliyev müşavirə çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi