Yuxarı
    Bağlamaq

    Mədət Quliyev Rusiya prezidentinin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə iştirak edib

    Rusiya prezidenti: Daimi qarşılıqlı əməkdaşlıq MDB məkanında mövcud problemlərin öhdəsindən uğurla gəlməyə imkan verəcək© Report.az

    Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XIV iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.

    "Report" xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev də iştirak edib.

    Görüş zamanı V.Putin beynəlxalq terrorizmlə səmərəli mübarizə üçün MDB ölkələrinin xüsusi xidmət orqanlarının fəaliyyətindəki koordinasiyanın təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, daimi qarşılıqlı, dəqiq, əməkdaşlıq, əməliyyat və analitik məlumatların vaxtında mübadiləsi MDB məkanında mövcud problemlərin öhdəsindən uğurla gəlməyə imkan verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi