Mədət Quliyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Mədət Quliyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb Terrorçuluq, separatçılıq və ekstremizmlə mübarizədə mövqelərin üst-üstə düşdüyü vurğulanıb
Xarici siyasət
15 Avqust , 2016 18:00
Mədət Quliyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bu gün Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua ilə görüşüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən “Report”a bildirilib ki, general-leytenant Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətləri, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu və sosial-iqtisadi sahədə uğurla həyata keçirilən islahatlar, bu yönümdə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət, eləcə də Azərbaycan-Çin münasibətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlər dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir. 

Dövlətlər arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirən Vey Cinhua ölkəsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə sabitliyin bərqərar olunması və iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini söyləyib.

Görüşdə terrorçuluq, separatçılıq və ekstremizmin bütün təzahürləri ilə mübarizədə ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü, bu sahədə əməkdaşlığın daim genişləndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi