MDBMİ rektoruna Azərbaycanın "Dostluq" ordeni təqdim edilib

MDBMİ rektoruna Azərbaycanın "Dostluq" ordeni təqdim edilib O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmasını yüksək qiymətləndirib
Xarici siyasət
31 Avqust , 2020 17:00
MDBMİ rektoruna Azərbaycanın Dostluq ordeni təqdim edilib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunova Azərbaycanın “Dostluq” ordeninin təqdimetmə mərasimi keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, paytaxt Moskvada keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, A.Torkunovun rəhbərlik etdiyi MDBMİ dünya səviyyəli ali məktəbdir.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur: "Bir neçə il bundan öncə Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu keçirilib".

P.Bülbüloğlu daha sonra Anatoli Torkunova “Dostluq” ordenini təqdim edib.

A.Torkunov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmasını yüksək qiymətləndirib. O vurğulayıb ki, məhz Prezident İlham Əliyev sayəsində universitetin məzunlarının assosiasiyası yaradılıb və hazırda da bu format inkişaf edir: "O, nəinki burada təhsil alıb, həm də 5 il ali təhsil ocağında işləyib".

Tədbir çərçivəsində MDBMİ Məzunları Azərbaycan Assosiasiyasının nümayəndəsi Ruslan Əliyev ali təhsil müəssisəsinə miniatür bağ hədiyyə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 25-də Anatoli Vasilyeviç Torkunovu Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

Son xəbərlər

Orphus sistemi