MDB XİN başçıları Şurası bu gün Minskdə toplaşır

MDB XİN başçıları Şurası bu gün Minskdə toplaşır Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək
Xarici siyasət
6 aprel 2018 05:51
MDB XİN başçıları Şurası bu gün Minskdə toplaşır

Bakı. 6 aprel. REPORT.AZ/ MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası bu gün Minskdə keçiriləcək.

"Report" xəbər verir ki, XİN başçılarının iclasının gündəliyinə 12 maddə daxildir. 

Burada siyasi və humanitar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Cinayətkarlığa, beynəlxalq terrorizmə qarşı mübarizə və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üzrə də fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş layihələri, qarşıdakı illər üçün cinayətkarlığa qarşı mübarizə üzrə birgə tədbirlər proqramı və bir sıra digər sənədlər nəzərdən keçiriləcək.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi