MDB rəsmisi: "Ayrılsaq, dondurulmuş münaqişələrlə yaşamaq çox çətin olacaq"

MDB rəsmisi: "Ayrılsaq, dondurulmuş münaqişələrlə yaşamaq çox çətin olacaq" MDB İcraiyyə Komitəsi sədrinin Belarusdan olan birinci müavini Leonid Anfimovun "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsi
Xarici siyasət
6 Sentyabr , 2021 15:28
MDB rəsmisi: Ayrılsaq, dondurulmuş münaqişələrlə yaşamaq çox çətin olacaq

MDB İcraiyyə Komitəsi sədrinin Belarusdan olan birinci müavini Leonid Anfimovun "Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşına müsahibəsi

- Siz MDB-də hansı sahələrə cavabdehsiniz?

- Bizim işimiz ümumi məsələlər, İcraiyyə Komitəsi ilə bağlıdır. Ən əsası Təşkilati Departament olaraq, MDB-də dövlət başçıları, dövlətlərarası, xarici işlər nazirləri və işçi qrupları səviyyəsində müxtəlif tədbirlərin təşkili üzərində çalışırıq. Buraya təşkilati və informasiya, həmçinin hüquq məsələləri daxildir.

- I MDB Oyunlarının açılış mərasimində bildirdiniz ki, sentyabrın 9-da Bədən Tərbiyəsi və İdman Şurasının toplantısı keçiriləcək. İclasda Azərbaycanı kimin təmsil edəcəyi məlumdur?

- Hələ iştirakçıların siyahısı ilə tanış deyiləm. Amma bilirəm ki, bu toplantıda çox vacib məsələlər müzakirə olunacaq. Buraya ilk növbədə, II MDB Oyunlarının keçirilməsi və bu yarışın harada olma məsələsi müzakirə olunacaq.

- Namizədlər var?

- Əlbəttə. Bu, ilk növbədə, sizsiniz. Bu məsələ də sentyabrın 9-da həllini tapacaq. Yarış əlifba sırası ilə keçirilməlidir. Niyə bu, ilk olaraq, Rusiyada təşkil olunur? Çünki Rusiyanın özü bu təşəbbüslə çıxış edib və dövlət başçıları şurasının iclasında müvafiq qərar verilib. Bu yarış davam etdirilməlidir. Tədbirdə də bildirdiyim kimi, Rusiya tərəfinin və dövlət başçılarının təşəbbüsü ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan yarışın burada keçirilməsinə razılıq veriblər.

- Bəs nə vaxt keçirilməsi nəzərdə tutulub?

- MDB Oyunları iki ildən bir əlifba sırası ilə baş tutacaq. İlk MDB Oyunlarının 2020-ci ildə keçirilməsi qərara alınsa da, pandemiya səbəbindən yarış bu il baş tutdu. Çünki bu Oyunları təşkil etmək olduqca çətin idi. Ümumiyyətlə, ilk dəfə keçirilən Oyunları təşkil etmək çətin olur. Sizin üçün isə bu yarışı keçirmək qismən asan olacaq. Çünki Kazan təcrübəsinə əsaslanacaqsınız. Bunun üçün də sentyabrın 9-dakı tədbirdə MDB Oyunların nə vaxt və hansı ölkədə təşkili müzakirə ediləcək. Amma ilk olaraq, Azərbaycan və Belarus ikinci yarışa ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib.

- Bunlar əsas namizədlərdir?

- Əlifba sırası ilə getsək, Azərbaycan növbəti yarışa ev sahibliyi etməlidir. Amma hansı qərarın qəbul olunacağını mən bilmirəm.

- Azərbaycan olimpiada səviyyəsində olan I Avropa Oyunlarına ev sahibliyi edib...

- Bilirəm, bundan xəbərim var. Bizim də II Avropa Oyunlarını keçirmək təcrübəmiz var.

- I MDB Oyunlarında təşkilatçılıqla bağlı müəyyən problemlər var. Halbuki, ilk dəfə keçirildiyindən, ən yüksək səviyyədə gerçəkləşəcəyini gözləyirdik. Amma məsələn, açılış mərasimində adicə Rusiyanın idman naziri Oleq Matıtsin iştirak etmədi...

- Onun hansı səbəbdən açılışa qatılmadığını bilmirəm. Burada kimin iştirak edib-etməsinə İcraiyyə Komitəsi cavabdehlik daşımır. Biz rəhbər şəxsləri dəvət edirik. Rusiyanın idman nazirinin niyə gəlmədiyini bilmirəm. Əslində Təşkilat Komitəsində Rusiyanı nazir təmsil edir. Amma dediyim kimi, niyə gəlmədiyini bilmirəm.

- Bizdə olan məlumata görə, o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə hansısa şəhərdə açılışdadır...

- Ola bilsin. Fikrimcə, o, MDB Oyunlarını "iqnor" etməyib. Çünki I MDB Oyunları böyük əhəmiyyət daşıyır. Rusiyada da bu Oyunların təşkilinə böyük önəm verilir. Ümumiyyətlə, bütün ölkələr bu yarışa önəm verir. Yalnız birindən başqa.

- MDB Oyunlarının da futbol üzrə Birlik Kuboku kimi dağılacağını düşünmürsünüz?

- Çox istərdim ki, SSRİ-də mövcud olmuş çempionatların keçirilmə ənənəsi bərpa olunsun. Bəlkə də yenidən çempionlar kuboku səviyyəsində keçirmək mümkündür. Xatırlayırıq, "Neftçi", "Paxtakor", "Nistru", "Dinamo" (Kiyev), "Dinamo" (Minsk) kimi komandalar var idi. Bunlar bir yerdə oynayanda idman ustalığı da bir neçə dəfə artırdı. Azərbaycanda "Neftçi", Belarusda isə "Dinamo" (Minsk) yerli səviyyəli komandalarla oynamalı olur. Halbuki onlar beynəlxalq arenada "Spartak", MOİK, "Dinamo" (Kiyev) kimi klublarla rəqabət aparmalı, idman ustalığını artırmağı öyrənməlidirlər. Məhz bu zaman bu komandaların Qərbi Avropa təmsilçilərinə rəqib olmaları mümkündür. Bu gün isə ölkəmizin təmsilçisi uduzaraq, belarusluların əhvalını korlayır.

- Açılış mərasimində onu da bildirdiniz ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında MDB ölkələrinin medalları toplansaydı, əminliklə birinci yeri tutmaq olardı...

- Bəli. Biz birlikdə həqiqətən də gücük. Hərdən MDB-nin gərəkli olub-olmadığı ətrafında söhbətlər aparılır. Bunları bizim aramızda mübahisələr yaradaraq, müxtəlif tərəflərə ayırmaq istəyənlər edirlər. Hərəmiz bir tərəfə ayrılası olsaq, təklikdə hətta dondurulmuş münaqişələr şəraitində yaşamaq çox çətin olacaq.

- Olimpiadada Belarus elə də yaxşı çıxış etmədi...
- Təəssüf ki, biz 1-i qızıl olmaqla, cəmi 7 medal qazandıq və uğursuz çıxış etdik. Buna görə ölkə prezidenti Aleksandr Lukaşenko idman məmurlarını çox sərt tənqid etdi.

Son xəbərlər

Orphus sistemi