MDB PA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib

MDB PA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib MDB PA-dan olan beynəlxalq müşahidəçilər missiyası Bakıda yekun müşavirə keçirib
Xarici siyasət
27 Sentyabr , 2016 09:45
MDB PA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair müşavirə keçirib.

MDB PA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən seçki məntəqələrində səsvermənin gedişinin monitorinqi üzrə təəssüratlarını bölüşüb.

MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) direktoru Dmitri Qladey müşahidəsi əsasında apardığı qeydləri, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə monitorinq barədə informasiya təqdim edib.

Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirə edib və sənəd qəbul edilib.

Son xəbərlər

Orphus sistemi