MDB PAA DİMBİ bələdiyyə seçkilərində qanun pozuntuları aşkarlamayıb

MDB PAA DİMBİ bələdiyyə seçkilərində qanun pozuntuları aşkarlamayıb MDB Parlamentlərarası Assambleyası Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının əməkdaşları dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini müşahidə ediblər.
Xarici siyasət
23 Dekabr , 2019 19:32
MDB PAA DİMBİ bələdiyyə seçkilərində qanun pozuntuları aşkarlamayıb

MDB Parlamentlərarası Assambleyası Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının əməkdaşları dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini müşahidə ediblər.

Qurumdan "Report"a verilən məlumata görə, onlar Bakı şəhərində 30-a yaxın seçki məntəqəsində yerli müşahidəçi qismində bələdiyyə seçkilərində səsvermənin təşkili və keçirilməsini izləyiblər.

Müşahidə aparılan seçki məntəqələrində heç bir qanun pozuntusuna rast gəlinməyib.

Son xəbərlər

Orphus sistemi