MDB PA-nın payız sessiyası noyabrın 26-27-də keçiriləcək

MDB PA-nın payız sessiyası noyabrın 26-27-də keçiriləcək Videokonfrans formatında MDB Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçiriləcək.
Xarici siyasət
25 Noyabr , 2020 11:09
MDB PA-nın payız sessiyası noyabrın 26-27-də keçiriləcək

MDB Parlamentlərarası Assambleyası (PA) Şurasının iclası noyabrın 27-də videokonfrans formatında keçiriləcək.

“Report” xəbər verir ki, tədbirdə Birlik ölkələrinin parlament nümayəndə heyətlərinin rəhbərləri, eləcə də MDB orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

İclas Sankt-Peterburqakı Tavrida Sarayının Oxu zalından MDB PA Şurasının sədri, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərliyi ilə keçiriləcək.

İclasın əsas mövzularından biri MDB-yə üzv dövlətlərdə COVID-19 pandemiyası ilə əlaqədar görülən tədbirlərin qanunvericiliklə dəstəklənməsi olacaq. Həmçinin iqtisadi inteqrasiyanın vəziyyəti və perspektivləri, onun Avrasiya məkanında normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrində dövlət orqanlarına seçkiləri izləməyə hazırlıq, MDB PA yanında Elm və Təhsil üzrə Ekspert Şurasının yaradılması, eləcə də digər bir sıra məsələlər nəzərdən keçiriləcək.

Bundan əlavə, videokonfrans formatında MDB Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçiriləcək. İclasda MDB ölkələrinin parlament nümayəndə heyətləri iştirak edəcəklər.

Parlamentarilər MDB-yə üzv dövlətlərin mədəni irs obyektlərinin qorunması haqqında konvensiya layihəsini, MDB-yə üzv dövlətlər üçün model Əmək Məcəlləsini, Seçki Məcəlləsini, habelə bir sıra model qanunları – “Qaçqınlar haqqında”, “Mühəndislik fəaliyyəti və mühəndislik haqqında”, “Paylaşılan əsasda daşınmaz obyektlərin inşası haqqında”, “Neft məhsullarının boru kəmərləri ilə nəqlinin ekoloji təhlükəsizliyi haqqında”, “Dağlıq ərazilərin inkişafı və qorunması haqqında”, “Parlament nəzarəti haqqında”, “Məktəb idmanı haqqında”, “Cinayət qurbanı olan vətəndaşlara dəyən zərərin ödənilməsi haqqında” və s. qanunları nəzərədən keçirəcək.

Bundan bir gün əvvəl - noyabrın 26-da isə Tavrida Sarayında MDB PA-nın iqtisadiyyat və maliyyə, sosial siyasət və insan hüquqları, mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyalarının iclasları təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi