MDB PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

MDB PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri də iştirak edəcəklər.
Xarici siyasət
3 Yanvar , 2020 12:11
MDB PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri də iştirak edəcəklər.

“Report” assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar Milli Məclisin sədri Oqtay Əsədovun müvafiq dəvəti ilə bağlı çıxarılıb.

MDB Parlamentlər Assambleyasının Baş katibi - şura katibliyinin rəhbəri Dmitriy Kobitskinin sərəncamına əsasən, MDB ölkələrində demokratiyanın, parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarının təmin olunması ilə bağlı beynəlxalq institutun Bakı filialı uzunmüddətli monitorinqin hazırlıq işlərinə başlayıb.

Son xəbərlər

Orphus sistemi