MDB PA Azərbaycandakı referendumu müşahidə edəcək

MDB PA Azərbaycandakı referendumu müşahidə edəcək Dəvət Milli Məclisin sədri adından göndərilib
Xarici siyasət
10 Sentyabr , 2016 11:35
MDB PA Azərbaycandakı referendumu müşahidə edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçilər missiyası Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçiriləcək referendumun monitorinqini aparacaq. 

"Report" MDB PA-nın rəsmi saytına istinadən xəbər verir ki, missiya Azərbaycan tərəfindən dəvət olunub. Müvafiq dəvət MDB PA sədri Valentina Matviyenkoya Milli Məclisin sədri Oqtay Əsədovun adından göndərilib.

Referendumun monitorinqi üçün MDB PA Azərbaycana üzv dövlətlərin parlament nümayəndələrini, eləcə də MDB PA Katibliyinin əməkdaşlarını göndərəcək.

Son xəbərlər

Orphus sistemi