Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda sentyabrın 28-də MDB ölkələrinin xüsusi xidmət rəhbərlərinin görüşü keçiriləcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.
O deyib ki, MDB ölkələri miqrasiya idarələrinin rəhbərləri oktyabrın 12-də Bakıda toplaşacaqlar.
Görüşün gündəliyi açıqlanmayıb.