Yuxarı
    Bağlamaq

    MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək

    MDB ölkələrinin diplomatları Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyacaq

    Bakı. 6 may. REPORT.AZ/ Mayın 9-da Bakıda MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

    Belarusun Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, hərbi attaşe və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə, eləcə də Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin məzarına gül dəstəsi qoyacaq.

    Bundan əlavə, MDB-yə üzv dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri və hərbi attaşeləri birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq, onun xatirəsini yad edəcək. Eyni zamanda, akademik Zərifə Əliyevanın məzarı önünə də gül dəstələri qoyulacaq.

    Həmçinin, MDB ölkələrinin diplomatları Bakıda hərbi şərəf Memorialına gül çələngi qoyacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi