MDB ölkələrinin daxili işlər nazirləri kibercinayətkarlıqla mübarizə məsələsini müzakirə edib

MDB ölkələrinin daxili işlər nazirləri kibercinayətkarlıqla mübarizə məsələsini müzakirə edib İclasın işində Azərbaycan DİN rəhbəri Ramil Usubov iştirak edib
Xarici siyasət
3 Sentyabr , 2015 11:25
MDB ölkələrinin daxili işlər nazirləri kibercinayətkarlıqla mübarizə məsələsini müzakirə edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin daxili işlər nazirləri şurasının növbəti iclası keçirilib.  

İclasın işində Azərbaycan DİN rəhbəri Ramil Usubov iştirak edib.

"Report" BelTA-ya istinadən xəbər verir ki, Belarusun daxili işlər naziri İqor Şuneviç iclasın yekununda bildirib ki, MDB DİN Şurası effektiv qurumdur və öz bəhrəsini verir: "İclasda bir sıra ikitərəfli müqavilələr imzalanıb, eləcə də yaxın zamanlarda icra olunacaq 7 qərar qəbul edilib", - İ.Şuneviç deyib. 

Öz növbəsində Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev qeyd edib ki, iclasda əsasən kibercinayətkarlıqla mübarizə məsələsi müzakirə olunub. O vurğulayıb ki, MDB-yə üzv dövlətlər bu hal ilə birgə mübarizə aparmalıdır. 

Son xəbərlər

Orphus sistemi