Yuxarı
    Bağlamaq

    ​MDB ölkələrinin daimi nümayəndələr Şurası iyunun 16-da Minskdə toplaşacaq

    Görüşdə qəbul olunmuş sənədlərin reallaşdırılması üzrə vəzifələri müzakirə olunacaq

    Bakı. 06 İyun. REPORT.AZ/ MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanlarında daimi səlahiyyətli nümayəndələri Şurasının növbəti iclası iyunun 16-da Minskdə keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

    Görüşdə MDB hökumət rəhbərləri Şurasının 29 may 2015-ci il tarixində Qazaxıstanda baş tutan iclasının yekunları, həmçinin daimi səlahiyyətli nümayəndələr Şurası və MDB İcraiyyə Komitəsinin qəbul olunmuş sənədlərin reallaşdırılması üzrə vəzifələri müzakirə olunacaq.

    Bundan əlavə, Şura üzvlərinə MDB-nin xarici işlər nazirləri və dövlət başçıları şuralarının növbəti iclaslarının gündəliklərinin layihələrinə dair təkliflər təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi