MDB missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

MDB missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək MDB İcraiyyə Komitəsi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yazılı dəvət alıb.
Xarici siyasət
13 Dekabr , 2023 12:27
MDB missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

MDB İcraiyyə Komitəsi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yazılı dəvət alıb.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB müşahidəçilər missiyası Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərində, həmçinin Belarusda keçiriləcək parlament seçkilərində fəaliyyət göstərəcək: “Gələn il təşkilatımızın aparıcı dövlətlərində seçkilər ilidir... Biz hələ Azərbaycandan yazılı dəvət almışıq, çünki ilk öncə seçkilər bu ölkədə keçiriləcək”.

O xatırladıb ki, daha sonra Belarusda parlament (25 fevral), bunun ardınca Rusiyada prezident seçkiləri (17 mart) təşkil olunacaq: “Belarus və Rusiyadan şifahi dəvətlər gəlib”.

Son xəbərlər

Orphus sistemi