MDB hökumət başçılarının görüşü keçiriləcək

MDB hökumət başçılarının görüşü keçiriləcək Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 2-də Astana şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası keçiriləcək.
Xarici siyasət
30 Oktyabr , 2018 13:33
MDB hökumət başçılarının görüşü keçiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 2-də Astana şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

“Report” MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məhdud çərçivədə keçiriləcək görüş zamanı üzv ölkələr arasında iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair müzakirə aparılacaq və sonrakı görüşün tarixi müəyyənləşdiriləcək. 

Daha sonra baş tutacaq geniştərkibli görüşdə isə gündəliyə daxil edilən 13 məsələ - müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən MDB üzv dövlətlərinin nüvə qəzasına və ya radiasiya qəzasına hazırlığının təmin olunması, bunların nəticələrini aradan qaldırarkən qarşılıqlı əməkdaşlıq barədə saziş layihəsi müzakirəyə çıxarılacaq. Həmçinin MDB üzv ölkələri arasında vergi inzibatçılığı üçün elektron informasiya mübadiləsi haqqında protokolun imzalanacağı da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi