MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 11-də Soçidə keçiriləcək

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 11-də Soçidə keçiriləcək Yığıncaqda əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra məsələlərin nəzərdən keçirilməsi gözlənilir
Xarici siyasət
29 Sentyabr , 2017 13:00
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 11-də Soçidə keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Cari il oktyabrın 11-də Soçidə Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, yığıncaqda təşkilat çərçivəsində siyasi, iqtisadi və mədəni-humanitar və digər əsas istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Bundan başqa, MDB çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılması, eləcə də təşkilatda sədrlik, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə tarixi və yeri barədə müzakirələr aparmaq planlaşdırılır.

Geniş iclasda iqtisadiyyat, mədəni-humanitar sahələrdə, müdafiə siyasəti, xarici sərhədlərin mühafizəsi, terrorla mübarizə sferalarında əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş məsələlərin, eləcə də Birliyin yeni reallıqlara uyğunlaşmasına yönəlmiş bir sıra layihələrin nəzərdən keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi