MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün MDB-nin müşahidə missiyasının formalaşdırılması prosesi gedir.
Xarici siyasət
15 iyul 2024 06:30
MDB Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün MDB-nin müşahidə missiyasının formalaşdırılması prosesi gedir.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

“Missiyanın formalaşdırılması mərhələsindəyik”, - məlumatda qeyd edilib.

Təşkilat yaxın vaxtlarda müşahidə missiyasının rəhbərinin təyin olunacağını vurğulayıb. Mətbuat xidməti əlavə edib ki, missiyanın rəhbəri MDB-yə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Şurası tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Son xəbərlər

Orphus sistemi