MDB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərəcək

MDB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər göndərəcək Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini MDB müşahidə missiyası da izləyəcək.
Xarici siyasət
18 Dekabr , 2019 14:28

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini MDB müşahidə missiyası da izləyəcək.

Bunu “Report”a MDB Müşahidə Missiyası qərargahının rəhbəri Yevgeni Koziak bildirib.

“Parlament seçkilərini müşahidə etmək barədə Azərbaycan tərəfinin dəvətini almışıq. Uzunmüddətli müşahidə missiyası Bakıda, təxminən, yanvarın 18-dən işə başlayacaq. Qrupun heyətinə MDB İcrariyyə Komitəsinin müşaviri Oleq Kuleba və daha 4 nəfər daxil olacaq”, - o deyib.

Bununla bərabər, seçkilər ərəfəsində MDB-nin qısamüddətli müşahidə missiyası da Bakıya ezam olunacaq.

Son xəbərlər

Orphus sistemi