Yuxarı

Marqvelaşvili: "Gürcüstan yaxın qonşuları, Azərbaycan və Türkiyəylə sıx əlaqələrini inkişaf etdirir"

Gürcüstan prezidenti Ramsfeld Fondunun prezidenti, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldlə görüşüb

Bakı. 31 mart. REPORT.AZ/ "Gürcüstan yaxın qonşuları, Azərbaycan və Türkiyəylə sıx əlaqələrini inkişaf etdirir. Birgə layihələrə həm Xəzər dənizindən Qara dənizə enerji ehtiyatlarının daşınması, həm də nəqliyyat və logistik istiqamətlər daxildir".

"Report" xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili Vaşinqtonda Ramsfeld Fondunun prezidenti, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldlə görüşündə deyib.

"Lapis lazul" (Lapis lazuli) layihəsi olduqca vacibdir. Hazırda özündə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu layihə ilə əlaqədar Türkmənistanla fəal müzakirələr gedir", - deyə Gürcüstan prezidenti bildirib.

Görüşdə tərəflər regionda həyata keçirilən enerji layihələrini də müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi