Rusiya XİN: Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda ticari-iqtisadi əlaqələrin qurulmasına əsas maneə idi

Rusiya XİN: Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda ticari-iqtisadi əlaqələrin qurulmasına əsas maneə idi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya Prezidentinin böyük Avrasiya məkanının formalaşdırılması üzrə təşəbbüsünün həyata keçirilməsində əsas həlqələrdən birinə çevriləcək.
Xarici siyasət
30 May , 2024 16:33
Rusiya XİN: Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda ticari-iqtisadi əlaqələrin qurulmasına əsas maneə idi
Mariya Zaxarova

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya Prezidentinin böyük Avrasiya məkanının formalaşdırılması üzrə təşəbbüsünün həyata keçirilməsində əsas həlqələrdən birinə çevriləcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Güman edilir ki, bu marşrut Baltik və Arktikadakı limanları Fars körfəzi və Hind okeanı sahillərindəki limanlarla birləşdirəcək və Rusiya Prezidentinin böyük Avrasiya məkanının formalaşdırılması üzrə təşəbbüsünün həyata keçirilməsində əsas həlqələrdən birinə çevriləcək”, - o qeyd edib.

M.Zaxarova vurğulayıb ki, Rusiya qonşu ölkələr, o cümlədən Cənubi Qafqaz dövlətləri ilə nəqliyyat və logistika əlaqələrinin qurulmasına böyük diqqət yetirir: “Biz qonşularımızla güclü ticari-iqtisadi əlaqələr qurmuşuq. Ermənistan-Azərbaycan münaqişəsi də Cənubi Qafqazda bu məsələyə əsas maneə idi”.

Son xəbərlər

Orphus sistemi