Mariya Zaxarova: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf edir"

Mariya Zaxarova: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf edir" Rusiya Azərbaycanla mədəni dialoqun inkişafını hər yolla təşviq edəcək
Xarici siyasət
8 Fevral , 2018 17:42
Mariya Zaxarova: Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf edir
Mariya Zaxarova / Report

Bakı. 8 fevral. REPORT.AZ/ "Moskva ilə Bakı arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyini Xarici İşlər Nazirliyi, səfirlik və ən əsası da ictimaiyyət xətti ilə təmtəraqlı şəkildə qeyd etdik".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Dövlət Dumasında Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin keçirilməsini şərh edərkən deyib.

"Rəsmi tədbirlərin nə qədər olmasından asılı olmayaraq, əsas odur ki, ölkələrimizdə yaşayan və ortaq tarix, mədəniyyət, adət-ənənələr və həyat tərzi baxımından bir-biri ilə bağlı olan insanlar bütün bunların onlar üçün təşkil olunduğunu anlasınlar", - o bildirib.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə mədəniyyətin rolundan danışan M.Zaxarova bu sahənin xalqlar və millətlər arasında mühüm əlaqələndirici bənd olduğunu və belə sərgilərin keçirilməsini yalnız dəstəkləmək lazım gəldiyini vurğulayıb: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf edir - konsertlər, sərgilər, müxtəlif mədəni mübadilələr. Öz adımızdan deyə bilərəm ki, Rusiya bunun inkişafını hər yolla təşviq edəcək".