Mariya Zaxarova: "Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır"

Mariya Zaxarova: "Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır" Bakı. 27 iyul. REPORT.AZ/ Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır.
Xarici siyasət
27 İyul , 2018 12:55
Mariya Zaxarova: Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova / Report
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ "Rusiya Azərbaycan və Ermənistan arasındakı istənilən əlaqəni alqışlayır".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi ölkə olduğunu və belə görüşlərin vacibliyini başa düşdüyünü xatırladıb: "Tərəflərin razılaşdırdıqları və Azərbaycanla Ermənistan arasında istənilən səviyyədə keçirilən bütün görüşləri alqışlayırıq. Xüsusilə də onlar konstruktiv xarakter daşıyırsa və onlardan müsbət nəticələr əldə olunursa".

Son xəbərlər

Orphus sistemi