Malta və Makedoniya prezidentləri Azərbaycana gələcək

Malta və Makedoniya prezidentləri Azərbaycana gələcək Onlar Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəklər
Xarici siyasət
16 Aprel , 2016 15:10
Malta və Makedoniya prezidentləri Azərbaycana gələcək

Bakı. 16 aprel. REPORT.AZ/ Malta prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya prezidenti George İvanov Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlar aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMT SA) 7-ci Qlobal Forumunda iştirak edəcəklər.

Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulubr. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun aprelin 25-27-də Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi