Yuxarı

Malta Respublikasının Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov qarşıladı

Bakı. 15 dekabr. REPORT.AZ/ Malta Respublikasının Baş naziri Cosef Muskat dekabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Cosef Muskatın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Maltanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Baş nazir Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi