Malena Mard: "Azərbaycan və Aİ hərtərəfli saziş üzrə danışıqların başlaması ilə əlaqədar nümayəndə heyəti formalaşdıracaq"

Malena Mard: "Azərbaycan və Aİ hərtərəfli saziş üzrə danışıqların başlaması ilə əlaqədar nümayəndə heyəti formalaşdıracaq" Nəqliyyat və energetika üzrə Azərbaycan-Aİ altkomitəsinin iclası gələn ilin yanvar ayına təxirə salınıb
Xarici siyasət
1491
21 Noyabr , 2016 13:21
Malena Mard: Azərbaycan və Aİ hərtərəfli saziş üzrə danışıqların başlaması ilə əlaqədar nümayəndə heyəti formalaşdıracaq

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan və Aİ arasında hərtərəfli saziş üzrə danışıqların başlaması ilə əlaqədar indi biz hər iki tərəfdən nümayəndə heyəti formalaşdırırıq. Danışıqların başlamasına görə şadıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Aİ-nin nəqliyyat sahəsiylə məşğul olan nümayəndə heyəti bu həftə Azərbaycana səfər edəcək.

M.Mard ümumilikdə bir çox sahələrdə intensiv dialoq aparıldığını bildirib.

Səfir həmçinin əlavə edib ki, nəqliyyat və energetika üzrə Azərbaycan-Aİ altkomitəsinin bu ilin dekabr ayına təyin edilmiş iclası gələn ilin yanvar ayına təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi