Yuxarı

Malena Mard: "Aİ və Azərbaycan strateji tərəfdaşlıq barədə saziş üzərində işləməyə davam edir"

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır

Bakı. 1 fevral. REPORT.AZ / "Avropa İttifaqı və Azərbaycan strateji tərəfdaşlıq barədə saziş üzərində işləməyə davam edir".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib. "Bu məsələ ətrafında məsləhətləşmələr aparılır", - deyə Aİ-nin səfiri bildirib.

M.Mard əlavə edib ki, bu gün Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: "Biz bir çox sahələrdə əlaqələri inkişaf etdirmək imkanımız var".

Səfir, həmçinin Aİ ilə Azərbaycan arasında əsası 1996-cı ildə qoyulmuş hüquqi baza olduğunu da qeyd edib.

Tərəflər arasında 2014-cü ildə imzalanmış readmissiya haqqında saziş barədə danlışan M.Mard bildirib ki, Azərbaycan bu mövzuda böyük narahatlıq doğuran ölkə deyil: "Bu saziş çərçivəsində neçə Azərbaycan vətəndaşının vətəninə geri qaytarılması barədə dəqiq məlumatım yoxdur, amma daha çox Azərbaycan vətəndaşının Avropaya səfər etməsini və bunun əksinin də sayının çoxalmasını istərdik. Əslində, turistlərin sayında artım müşahidə edirik. Hesab edirik ki, bunun üçün yaxşı imkanlar var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi