Bakı. 1 aprel. REPORT.AZ/ Avropa İttifaqı 2014-2017-ci illərdə Azərbaycana 94 mln. avro ayıracaq. "Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, maliyyə yardımları Azərbaycanda təhsil, regionların inkişafı, ədliyyə sahələrində islahatların keçirilməsi və inkişaf etdirilməsinə yönələcək.
M.Mard vurğulayıb ki, təhsil sahəsi Azərbaycan və Aİ arasında əməkdaşlığın prioritet sferalarından biridir. Belə ki, bu il Aİ təhsil sahəsindəki layihələrin həyata keçirilməsi üçün Azərbaycana 19,5 mln. avro ayırmağı planlaşdırır.