Malayziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Malayziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb Bakı. 17 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici siyasət
17 Avqust , 2018 14:33
Malayziyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 17 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd edilib.

E.Məmmədyarov səfirin iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Səfir Dato Roslan Tan Sri Abdul Rəhmandiplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. 

E.Məmmədyarov səfir Dato Roslan Tan Sri Abdul Rəhmanagələcək fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi