Malayziyanın baş naziri Azərbaycana gəlib

Malayziyanın baş naziri Azərbaycana gəlib Hava limanında qonağı Azərbaycanın baş nazirinin birinci müavini qarşılayıb
Xarici siyasət
12 Sentyabr , 2014 11:05
Malayziyanın baş naziri Azərbaycana gəlib
Bakı. 12 sentyabr. REPORT.AZ/  Malayziyanın baş naziri Najib Tun Abdul Razak Azərbaycana rəsmi səfərə gəlib. Report Malayziyanın Bernama dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, sentyabr ayının 11-də axşam Bakıya gələn baş naziri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb.

İkigünlük səfər çərçivəsində baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bundan başqa, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu, həmçinin Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və Malayziyanın "Petronas" neft-qaz şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanması planlaşdırılır.

Najib Tun Abdul Razak Malayziyanın Azərbaycandakı səfirliyinin açılış mərasimində də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi